DÜNYA
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mediaforumu keçirilib
Bişkek, 24 may, AZƏRTAC
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mediaforumu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şanxay Əməkdaşlıq Təşkilatının inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçirilən tədbirdə üzv ölkələrin, müşahidəçi və tərəfdaş dövlətlərin nümayəndələri, jurnalistlər, media üzrə ekspertlər iştirak ediblər.
Mediaforumu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov açaraq dünyada KİV-nin artan rolundan danışıb.
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov çıxışında qurumun daha səmərəli fəaliyyət göstərməsində jurnalistlərin rolundan bəhs edib.
Mediaforumun yekununda qətnamə qəbul edilib.
Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]