CƏMİYYƏT


Bişmiş halda faydalı olan tərəvəzlər

Bakı, 21 fevral, AZƏRTAC

Adətən tərəvəzlərin çiy halda yeyilməsi məsləhət görülür, çünki onlar yüksək temperatura məruz qalanda tərkibində olan vitamin və mineralların çoxunu itirir. AZƏRTAC tibb saytlarına istinadla xəbər verir ki, bəzi tərəvəzlərin bişirilmiş halda yeyilməsi məsləhətdir.

Həmin tərəvəzlər sırasında ilk yeri kələm tutur. Liflə zəngin olan kələmi bişirib yeyəndə xolesterinin səviyyəsi aşağı düşür

Digər bir faydalı tərəvəz isə ispanaqdır. Kalsium, dəmir və maqnezium mənbəyi olan ispanağı bişirib yeyəndə onun qida dəyəri üç dəfə artır.

Tərkibində beta-karotin və A vitamini olan yerkökünün də bişirilib qəbul edilməsi faydalıdır.

Göbələk də həzmi çətin olan qidalardandır. Onun bişirilməsi daha asan həzm edilməsinə səbəb olur və tərkibindəki toksinlər məhv olduğuna görə orqanizm üçün daha faydalı hala gəlir.

Adətən çiy yeyilməsi sevilən pomidorun da bişirilərək qəbul edilməsi məsləhətdir. Onu bişirəndə tərkibindəki likopenin miqdarı 30 faiz artır. Likopen xərçəngə qarşı mübarizə aparan ən güclü maddə hesab edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.