İQTİSADİYYAT


“Bloomberg”: Apreldə OPEC-in neft hasilatı sabit qalıb

Bakı, 4 may, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) hasilat artırma planlarına başlamazdan əvvəl aprel ayında neft hasilatını sabit saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin araşdırmasında deyilir.

Bildirilir ki, OPEC ölkələrinin ortalama neft hasilatı keçən ay gündəlik 25,27 milyon barel olub. Bu, mart ayında göstəricidən sutkalıq təxminən 50 min barel azdır.

Liviyanın ixracatdakı azalma, İrandakı artımla tarazlaşıb. Səudiyyə Ərəbistanı neft hasilatı məhdudiyyətlərini aprel ayında da davam etdirib və gündəlik hasilat 8,11 milyon barel olub.

Qeyd edək ki, pandemiya səbəbindən keçən il hasilatını azaldan OPEC ölkələri hazırda bərpa prosesi sürətlənən qlobal neft tələbatını ödəmək üçün istehsalı tədricən artırır. Hasilatın iyul ayına qədər gündəlik 2 milyon barel artması gözlənilir.

Dünya Çin və ABŞ başda olmaqla pandemiyanın qlobal yanacaq istehlakına da təsir etdiyi böhrandan çıxmaq ərəfəsindədir. “Citigroup”a görə, qlobal neft tələbatı bu yay pandemiyadan əvvəlki səviyyəyə yüksələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.