İDMAN


Boksçularımız Avropa birinciliyində iştirak edəcəklər

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 12-də Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 10 gün davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq.

Yığmamız oğlanların mübarizəsində baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərliyi altında 16 boksçu ilə təmsil olunacaq. Avropa birinciliyində ölkəmizin idman şərəfini Hikmət Məmmədov (40 kq), Əli Baxışov (42 kq), Sübhan Babayev (44 kq), Bağır Əlimxanlı (46 kq), Turqay Rəhimli (48 kq), Raul Əsədullayev (50 kq), Azad Cavadzadə (52 kq), Ələkbər Əhmədov (54 kq), Rza Rzayev (57 kq), Kənan Aslanlı (60 kq), İsmayıl Vəliyev (63 kq), Nicat İmanov (66 kq), Əli Məmişov (70 kq), Ömər Quluzadə (75 kq), Əmir Abasov (80 kq) və Məhəmməd Cəfərov (90 kq) qoruyacaqlar.

Qız boksçuların yarışında isə baş məşqçi Yadigar Məmmədovla məşqçi İlkin Ağayevin rəhbərliyi altında Səma Mustafayeva (42 kq), Banuçiçək Nəsirli (44 kq), Yuliya Doroşenko (46 kq), Mələk Hümbətova (51 kq), Səma Hüseynova (54 kq) və Mədinə Məmmədova (60 kq) rinqə çıxacaqlar.

Yığma komandaya rəhbərliyi ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək. Birinciliyə Elxan Quliyev isə hakim kimi qatılacaq.

Qeyd edək ki, yarışın püşkü avqustun 11-də atılacaq. Bu gün səfərə yollanan milli avqustun 22-də Vətənə qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.