İDMAN


Boksçularımızın Olimpiya Oyunlarında ilk rəqibləri müəyyənləşib

Bakı, 22 iyul, AZƏRTAC

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.

İyulun 24-də Tayfur Əliyev (57 kq) onaltıdabir finalda Nquyen Van Duonq (Vyetnam), Lorenzo Sotomayor (69 kq) Əsgərxan Madiyev (Gürcüstan), Məhəmməd Abdullayev (+91 kq) Denis Latıpov (Bəhreyn) ilə qarşılaşacaqlar. İyulun 25-də Cavid Çələbiyev (63 kq) Ukrayna təmsilçisi Yaroslav Hartsiz ilə üz-üzə gələcək.

Mübarizəyə səkkizdəbir finaldan başlayacaq Alfonso Dominqesin (81 kq) rəqibi Emmett Brennan (İrlandiya) - Dilşodbek Ruzmetov (Özbəkistan) qarşılaşmasının qalibi olacaq. Təmsilçimiz ilk görüşünü iyulun 28-də keçirəcək.

Qeyd edək ki, Olimpiadanın boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.