REGİONLAR
“Bölgələrdən bölgələrə” televiziya verilişinin ilk çəkilişinə Ağstafadan başlanılıb
Ağstafa, 12 fevral, Rauf Hacıyev, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə keçirilən, regionlarımızın mədəni irsinə, xalq yaradıcılığına və incəsənətinə həsr olunan “Bölgələrdən bölgələrə” adlı müştərək televiziya verilişinin ilk çəkilişinə Ağstafa rayonundan başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa Rayon Musiqi Mərkəzində keçirilən konsertdə rayonun istedadlı şagirdləri tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, qonşu rayonların özfəaliyyət kollektivləri milli və etnik rəqs nümunələri ilə çıxış edib, simli musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər.
Rayon ziyalıları bölgələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.