DÜNYA
Bolqarıstanda “Kamboca qripi” epidemiyası qeydə alınıb
Sofiya, 19 fevral, AZƏRTAC
Bolqarıstanda "Kamboca qripi" (A H3N2) adlandırılan 18 xəstəliyə yoluxma halı rəsmi olaraq qeydə alınıb.
AZƏRTAC Sofiyanın Yoluxucu və Parazitar Xəstəliklər üzrə Milli Mərkəzinin bəyanatına istinadla xəbər verir ki, bu mövsümi xəstəlik Sofiyada, eləcə də ölkənin cənubunda Zlatoqrad, Yambol və Sevlievoda müşahidə olunur. Bir çox yoluxmuş Bolqarıstan vətəndaşı ambulator müalicə alır, lakin beş xəstənin təcili xəstəxanaya yerləşdirilməsi tələb olunur. Həkimlər indiyədək “Kamboca qripi” şübhəsi ilə paytaxt klinikalarından birinə aparılan şəxsin ölüm səbəbləri barədə məlumat verməyiblər. Bundan əvvəl məlum olub ki, üç yaşlı uşaq Sofiya Yoluxucu Xəstəliklər Xəstəxanasına müvafiq simptomlarla yerləşdirilib. H3N2 qripin mövsümi növüdür. İnfeksiya 65 yaşdan yuxarı insanlara təsir edir, lakin onun əsas yayanları 14 yaşdan kiçik uşaqlardır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]