DÜNYA
Bosniya və Herseqovinada işləyən və işləməyən insanların sayı açıqlanıb
Sarayevo, 13 iyul, AZƏRTAC
Bosniya və Herseqovinanın Vahid Qeydiyyat Sisteminin məlumatına əsasən, yaşayış yeri üzrə ölkədə çalışan insanların sayı 534 min 631 nəfər təşkil edib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu rəqəm əmək müqavilələri, müvəqqəti və vaxtaşırı işlər, habelə müəlliflik hüququ ilə qorunan əsərlər əsasında gəlir əldə edən işçilərə aid deyil.
Bosniya və Herseqovinanın Statistika Agentliyinin bu ilin aprel ayında dərc etmiş olduğu rəqəmlərə əsasən, ölkədə çalışan insanların sayı 827 min 121 nəfər olub. Serb Respublikasında çalışanların sayı 275 min nəfər, Brçko mahalında isə bu rəqəm təxminən 20 min nəfər təşkil edib.
May ayının sonunda ölkədə işsiz insanların sayı 406 min 685 nəfər olub ki, bunun 308 min 607 nəfəri Bosniya və Herseqovinanın, 90 min 280 nəfəri Serb Respublikasının, 7 min 798 nəfəri isə Brçko mahalının payına düşür.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]