SİYASƏT


Bosniya və Herseqovinanın keçmiş Prezidenti: Qlobal Bakı Forumu ən mühüm beynəlxalq platformalardan birinə çevrilir

Bakı, 17 iyun, AZƏRTAC

Qlobal Bakı Forumu tədricən, lakin qətiyyətlə ən mühüm beynəlxalq platformalardan birinə çevrilir. Bu forumun həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyəti ilbəil artır.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın keçmiş Prezidenti Mladen İvaniç bu fikri Bakıda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda jurnalistlərə müsahibəsində söyləyib.

M.İvaniç Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəstəyini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən görülən böyük işi qeyd edərək deyib: “Qlobal Bakı Forumu bütün keçmiş və hazırkı prezidentləri, nazirləri və dövlət xadimlərini bir araya toplayıb. Mən qəti əminəm ki, biz qlobal dünya nizamına təhdid yaradan suallara bu forum sayəsində cavab tapa biləcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.