DÜNYA


Böyük Britaniya Pfizer / BioNTech tərəfindən hazırlanmış COVID-19 peyvəndinin istifadəsini təsdiqləyən ilk ölkə olub

London, 2 dekabr , AZƏRTAC

Böyük Britaniya Pfizer / BioNTech tərəfindən hazırlanmış COVID-19 peyvəndinin istifadəsini təsdiqləyən ilk ölkə olub.

Britaniyada Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Təşkilatı, Pfizer / BioNTech peyvəndinin təcili istifadəsini təsdiqlədiyini açıqlayıb.

Krallıq peyvənddən 40 milyon doza sifariş verib və ilin sonuna qədər 10 milyon dozanın hazır olması gözlənilir.

Səhiyyə naziri Met Henkok, gələn həftə ölkəyə 800 min peyvəndin çatacağını və peyvəndin istehsal sürətindən asılı olaraq çatdırılmaların davam edəcəyini bildirib.

Peyvəndin tətbiqi zamanı prioritetin virusu ağır keçirən insanlara, yaşlılara və qocalar evində qalanlara veriləcəyini ifadə edən nazir, peyvəndin 21 gün ara ilə iki dozada vurulacağını də qeyd edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.