DÜNYA


Böyük Britaniyada 4 min məhkum vaxtından əvvəl azadlığa buraxılacaq

London, 5 aprel, AZƏRTAC

Böyük Britaniyada 4 min məhkum vaxtından əvvəl azadlığa buraxılacaq.

AZƏRTAC xəbər verir ki, cəzalarının bitməsinə 2 ay və ya daha az qalan məhkumlar mərhələli olaraq müvəqqəti lisenziya ilə sərbəst buraxılacaqlar.

Lakin qərar zorakılıq və cinsi cinayətlərə görə məhkum olanlara şamil olunmayacaq.

Bu günə qədər cəmi 29 həbsxanada 88 məhbusda koronavirus aşkar edilib. Ədliyyə Nazirliyi məhkumlar arasında koronavirusun yayılmasına nəzarət etmək üçün bu addımın atıldığını açıqlayıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.