DÜNYA
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilir
Bakı, 17 aprel, AZƏRTAC
Vindzor qəsrində Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu Filipin dəfn mərasimi başlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, vida mərasiminə birbaşa yayım həyata keçirən operatorlardan başqa heç bir jurnalist buraxılmayıb.
Yerli vaxtla saat 14:41-də mərhumun tabutu qəsrdən yola salınıb. Tabutu kraliça və şahzadənin oğulları, nəvələri, həmçinin kral ailəsinin digər üzvləri və mərhum şahzadənin saray əməkdaşları müşayiət edib.
Müqəddəs Georgi kilsəsi qarşısında keçirilən kiçik mərasim zamanı mərhum bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, şahzadə Filip aprelin 9-da yüz illik yubileyinə iki ay qalmış vəfat edib. O, kraliça II Elizabet ilə 73 il evli olub. Onun 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]