CƏMİYYƏT
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Viki-mən” layihəsi yekunlaşıb
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun (AZGF) dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən Virtual Elektron Fəaliyyət Cəmiyyətinin və “Qorqud” Vikipediya Metodik Klubunun tərəfdaşı olduğu “Viki-mən” layihəsi yekunlaşıb.
AZGF-dan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən layihənin məqsədi gənclərə vikipediya haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq olub.
Layihəni müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikat və diplomlarla təltif ediliblər.