İDMAN


“Böyük dəbilqə” turniri: yarışın son günü 13 cüdoçumuz mübarizə aparır

Bakı, 12 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycan cüdoçuları çıxışlarını uğurla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən nüfuzlu turnirin son günündə 13 cüdoçumuz qüvvəsini sınayır. Kişilərin yarışında Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Aliomar Tumayev, Abdulhaqq Rəsullu (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili (100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov və İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar. Qadınlar arasında isə təmsilçimiz İrina Kindzerska (+78 kq) qüvvəsini sınayır.

Qeyd edək ki, cüdoçularımız “Böyük dəbilqə” turnirində biri qızıl, biri gümüş, ikisi bürünc olmaqla dörd medal qazanıblar. Azərbaycan komandası bu nəticə ilə Yaponiya və Braziliya yığmalarından sonra üçüncü pillədə qərarlaşıb.

Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparır. Millimiz turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.