İDMAN


Braziliyalı turist: Bakıda beynəlxalq futvolley turniri yüksək səviyyədə təşkil olunub

Bakı, 15 iyul, AZƏRTAC

İlk dəfədir Azərbaycana gəlmişəm. Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirdə iştirak edən Braziliya komandasına dəstək olmaq üçün ölkənizdəyəm. Azərbaycanda gördüklərim, xüsusən Bakının gözəlliyi məni heyran etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirlə əlaqədar Azərbaycana səfər edən braziliyalı turist Diana Aquinyo deyib.

Turnirin yüksək səviyyədə təşkil edildiyini bildirən braziliyalı turist yarışdan böyük zövq aldığını vurğulayaraq qeyd edib: “Bakı turnirində təbii ki, Braziliya komandasına azarkeşlik edirəm. Braziliya futvolleyçiləri idmanın bu növü üzrə dünyanın ən güclüləri sayılırlar. Yarışda güclü komandalar iştirak etdiyinə görə burada əsl idman mübarizəsi izləyirik”.

Qeyd edək ki, Bakıda keçirilən futvolley üzrə açıq beynəlxalq turnirin qalibi bu gün müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.