DÜNYA
Britaniyalı alim daha öldürücü pandemiya riski barədə xəbərdarlıq edib
Bakı, 6 dekabr, AZƏRTAC
Növbəti pandemiya COVID-19-a nisbətən daha öldürücü ola bilər.
AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, bu barədə AstraZeneca vaksininin yaradıcılarından biri olan britaniyalı alim Sara Gilbert xəbərdarlıq edib.
“Bu, sonuncu dəfə deyil ki, virus bizim həyatımızı və mövcudluq vasitələrimizi təhdid edir. Həqiqət ondan ibarətdir ki, növbəti pandemiya daha pis ola bilər. Daha yoluxucu və daha çox öldürücü ola bilər”, - deyə Sara Gilbert bildirib.
O, həmçinin koronavirusun yeni “omikron” ştamı haqqında da danışıb. Alimin sözlərinə görə, bu variantın sünbül proteini virusun yoluxuculuq qabiliyyətini artırır. Amma baş verən əlavə dəyişikliklər də var ki, bu səbəbdən istehsal olunmuş vaksinlər “omkrona” qarşı daha az effektiv ola bilər.
Gilbert koronavirusun yeni ştamına dair yetərincə informasiya əldə edilənə qədər ehtiyatlı olmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]