DÜNYA


Bu ay Latın Amerikası ölkələri 35 milyon doz vaksin alacaq

Bu ay Latın Amerikası ölkələri 35 milyon doz vaksin alacaq

Madrid, 3 fevral, AZƏRTAC

Pan Amerika Sağlamlıq Təşkilatı (PAST) fevralın ikinci yarısından etibarən ilk mərhələdə 36 ölkəyə, xüsusən Venesuela və Braziliyaya 35,3 milyon doz “AstraZeneca” vaksini göndərəcək.

“AstraZeneca” vaksini yaxın günlərdə təcili istifadə edilməsi üçün razılığın alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəzərdən keçirilir. Bununla belə, vaksinlərin sayı və çatdırılma cədvəli fövqəladə hallarda istifadə etmə siyahısına daxil etmə proseduru, PAST və UNICEF istehsalçıları arasında razılaşmaların əldə edilməsindən asılıdır.

PAST bildirir ki, Şimali və Cənubi Amerika ölkələri, xüsusən də onlardan ən kasıbları ciddi tibbi, iqtisadi və sosial böhran yaşayırlar, bu da vaksinasiyanı koronavirusla təcili mübarizədə ümidverici addım edir. Təşkilatın bəyanatında Amerika bölgəsində təxminən 500 milyon insanın immunlaşdırılmasının lazım olacağı qeyd edilir. Bildirilir ki, məqsəd COVID-19-un ən ağır formalarına yoluxma riskinin ən yüksək səviyyədə olanlarını qorumaq üçün hər ölkədə əhalinin ən az 20 faizinə peyvənd vurmaqdır. 36 ölkədən 10-u iqtisadiyyatları və əhalisinin sayı nəzərə alınmaqla COVAX vasitəsilə pulsuz vaksin alacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.