İDMAN


Bu gün Azərbaycan millisi İspaniya yığmasını qəbul edəcək

Bakı, 18 fevral, AZƏRTAC

Bu gün "Avro-2021"in seçmə qrup mərhələsi çərçivəsində qadın futbolçulardan ibarət Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Bakıdakı "ASK Arena"da keçiriləcək oyunu italiyalı baş hakim Mario Marotta idarə edəcək. Ona həmyerliləri Francesca Di Monte və Veronika Vettorel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valentina Finzi yerinə yetirəcək.

Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, millimiz növbəti oyununu fevralın 23-də Moldova yığmasına qarşı keçirəcək. Həmin matç da Bakıda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.