CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 3 min dozaya yaxın vaksin vurulub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 999 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 349, ikinci doza vaksinlərin sayı 271, üç və daha çox doza vaksinlərin sayı 2 min 148, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 710 min 6, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 346 min 173, ikinci mərhələ üzrə 4 milyon 847 min 713, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 271 min 363, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 244 min 757-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.