İDMAN
Bu gün UEFA Konfrans Liqasında ikinci turun oyunları keçiriləcək
Bakı, 30 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 30-da futbol üzrə UEFA Konfrans Liqasının ikinci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, 8 qrupda ümumilikdə 16 qarşılaşma baş tutacaq. Onların səkkizi Bakı vaxtı ilə saat 20:45-də, digərləri isə 23:00-da start götürəcək.
“Qarabağ”ın yer aldığı H qrupunda ikinci görüş keçirəcək. Ağdam klubu Kiprdə “Omoniya”nın qonağı olacaq. Qrupun digər matçında “Bazel” İsveçrədə Qazaxıstanın “Kayrat” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk turda ağdamlılar səfərdə “Bazel” ilə heç-heçə edib – 0:0. Eyni hesab “Kayrat” - “Omoniya” oyununda qeydə alınıb.
Günün bütün görüşləri:
A qrupu
“Alaşkert” (Ermənistan) - HİK (Finlandiya)
LASK (Avstriya) – “Makkabi Təl-Əviv” (İsrail)
Qrupdakı vəziyyət: “Makkabi Tel-Əviv” - 3, LASK - 3, HİK - 0, “Alaşkert”- 0.
B qrupu
“Partizan” (Serbiya) – “Flora” (Estoniya)
“Gent”- “Anortosis” (Kipr)
Qrupdakı vəziyyət: “Partizan”- 3, “Gent”- 3, “Flora”- 0, “Anortosis”- 0.
C qrupu
“MOİK Sofiya” (Bolqarıstan) – “Budyo Qlimt” (Norveç)
“Zarya Luqansk” (Ukrayna) – “Roma” (İtaliya)
Qrupdakı vəziyyət: “Roma”- 3, Budyo Qlimt” - 3, “Zarya”- 0, “MOİK Sofiya” - 0.
D qrupu
“ÇFR Kluj” (Rumıniya) – “Randers” (Danimarka)
“AZ Alkmar” (Niderland) – “Yablonets” (Çexiya)
Qrupdakı vəziyyət: “Yablonets” - 3, “AZ Alkmar” - 3, “Randers” - 3, “ÇFR Kluj” - 0.
E qrupu
“Feyenoord” (Niderland) – “Slaviya Praqa” (Çexiya)
“Union Berlin” (Almaniya) – “Makkabi Hayfa” (İsrail)
Qrupdakı vəziyyət: “Slaviya Praqa” - 3, “Feyenoord” - 1, “Makkabi Hayfa” - 1, “Union Berlin” - 0.
F qrupu
PAOK (Yunanıstan) – “Slovan Bratislava” (Slovakiya)
“Kopenhagen” (Danimarka) – “Linkoln” (Cəbəllütariq)
Qrupdakı vəziyyət: “Kopenhagen”- 3, PAOK - 3, “Slovan Bratislava” - 0, “Linkoln”- 0.
G qrupu
“Vitess” (Niderland) – “Renn” (Fransa)
“Tottenhem” (İngiltərə) – “Mura” (Sloveniya)
Qrupdakı vəziyyət: “Vitess” - 3, “Tottenhem”- 1, “Renn”- 1, “Mura”- 0.
H qrupu
“Omoniya” (Kipr) – “QARABAĞ" (AZƏRBAYCAN)
“Bazel” (İsveçrə) – “Kayrat” (Qazaxıstan)
Qrupdakı vəziyyət: “Qarabağ”- 1, “Omoniya” - 1, “Bazel” - 1, “Kayrat” - 1.