İDMAN


Bu gün UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan-Malta oyunu keçiriləcək

Bakı, 14 oktyabr, AZƏRTAC

Bu gün UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək. AZƏRTAC xəbər verir ki, D4 qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Malta komandasını qonaq edəcək. Oyun saat 20:00-da başlayacaq. Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri üç turdan sonra 5 xalla qrupda ikinci yeri tuturlar. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədədir. Turun maraq doğuran daha bir qarşılaşması B2 qrupunda oynanılacaq. Moskvada Rusiya və Türkiyə milliləri üz-üzə gələcək. Bu qrupda iki turdan sonra Rusiyanın 4, Türkiyənin 3, İsveçin 1 xalı var. Bu gün, həmçinin A3 qrupunda Polşa-İtaliya, C1 qrupunda İsrail-Albaniya, C4 qrupunda Rumıniya-Serbiya və Litva-Monteneqro, D3 qrupunda isə Farer Adaları-Kosovo oyunları baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.