İDMAN


Bu gün UEFA Millətlər Liqasında növbəti oyunlar keçiriləcək

Bakı, 12 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 12-də futbol üzrə UEFA Millətlər Liqasında üçüncü turun növbəti oyunlari keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq. Rusiyada keçirilən sonuncu dünya çempionatının finalçısı, A liqasının 4-cü qrupunda yer alan Xorvatiya millisi “Rujevika” stadionunda İngiltərə yığmasını qəbul edəcək.

Digər maraqlı qarşılaşmalardan biri A liqasının 2-ci qrupunda oynanılacaq. İsveçrə millisi Belçika yığmasının qonağı olacaq.

B liqasının 3-cü qrupunda yer alan Avstriya seçməsi Şimali İrlandiya yığmasını qəbul edəcək.

C liqasının 2-ci qrupunda iki qarşılaşma baş tutacaq. Estoniya yığması Finlandiya millisi, Yunanıstan seçməsi isə Macarıstan komandasını sınağa çəkəcək.

Azərbaycan milli komandasının yer aldığı D Liqasının 2-ci qrupunda Belarus-Lüksemburq və Moldova-San-Marino görüşləri oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.