CƏMİYYƏT


Bu günə qədər icazə.e-gov.az portalı üzərindən 17 mindən çox şənlik mərasimi qeydiyyata alınıb

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 1-dən etibarən icazə.e-gov.az portalı sırf şənlik mərasimlərinin qeydiyyatı üçün istifadəyə verilib. Şadlıq evlərinin sahibləri tədbirlərin keçirilməsinə ən azı 5 gün qalmışdan 50 nəfərdən 150 nəfərə kimi olan qonaq sayı üçün qeydiyyat aparmalıdır. Burada zalı seçməlidir, əməkdaşlarının qeydiyyatı aparılmalıdır. Əməkdaşların 80 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçmiş olmalıdır. Bu günə qədər 17 mindən çox tədbir qeydiyyata alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərovun sözlərinə görə, bu, təxminən avqustun 15-dək olan müddəti, 45 günlük dövrü əhatə edir. Bu günə qədər sistemlə bağlı heç bir şikayət daxil olmayıb. Sistem tam dayanıqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.