REGİONLAR
Bu günədək Ağdamda 14 tondan artıq barama tədarük edilib
Ağdam, 19 iyun, AZƏRTAC
Ağdam rayonunda barama tədarükü davam edir. Kümçülərin yetişdirdikləri 14 ton 312 kiloqram məhsul artıq “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayon üzrə 120-dən çox ailə tərəfindən 520 qutu (9 min 880 qram) ipəkqurdu toxumu yetişdirib. Cari mövsümdə rayonda 20,4 ton barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, uzun fasilədən sonra 2016-cı ildə Ağdam rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. Həmin il rayonda 2,4 ton, 2017-ci ildə 13 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-cı ildən başlayaraq rayon ərazisində 110 mindən çox tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]