ELM VƏ TƏHSİL
Bu həftə buraxılış imtahanlarında 30 mindən çox şagirdin iştirakı nəzərdə tutulur
Bakı, 27 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 29-30-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, aprelin 29-da keçiriləcək imtahanlarda 12818, aprelin 30-da keçiriləcək imtahanlarda isə 17707 nəfər olmaqla, ümumilikdə 30525 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]