İQTİSADİYYAT
Bu il 456 idarədə dövlət qeydiyyatından keçməyən radioelektron vasitələr aşkarlanıb
Bakı, 30 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri 2014-cü ildə iş planına və idarəyə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirərək 830 akt tərtib edib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, texniki baxış zamanı 456 idarədə qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Qeyri-qanuni REV istifadəçilərinə qarşı müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]