ELM VƏ TƏHSİL
Bu il “Son zəng” iyunun 14-də keçiriləcək
Bakı, 9 iyun, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarovun “Son zəng” tədbiri haqqında əmrinə əsasən, bu il “Son zəng” iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, əmrdə ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]