CƏMİYYƏT


Bu il Türkiyədə son 39 ilin ən quraq payızı müşahidə edilib

İstanbul, 7 dekabr, AZƏRTAC

Türkiyədə 2019-cu ildə son 39 ilin ən quraq payızı müşahidə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Hidrometeorologiya İdarəsindən bildirilib.

Məlumata əsasən, bu ilin payız fəsli ərzində ölkə ərazisində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yağıntı təxminən 47 faiz azalıb. Türkiyənin Çanaqqala, Bursa, Qaziantep və Şanlıurfa şəhərlərində, Hatay vilayətində, eləcə də Mərkəzi Anadolunun şimal və qərb bölgələrində, Şərqi Anadolunun şərq və qərb hissələrində normal mövsüm şərtləri ilə müqayisədə yağıntının 60 faizədək azalması qeydə alınıb. Ən çox azalma 67 faizlə Çorumda müşahidə edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.