İQTİSADİYYAT
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
Bakı, 16 avqust, AZƏRTAC
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-iyul aylarında 1 milyon 505,2 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 6,2 faiz artım müşahidə olunub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 340 vaqon yüklənib, 399 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,1 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]