Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bu ilin beş ayında 1,4 tona yaxın narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Bakı, 3 iyul, AZƏRTAC

Bu ilin beş ayında ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təhlil edilərək ümumiləşdirilib.

İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, cari ilin beş ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2435 fakt aşkarlanıb. Onlardan 918-i narkotik vasitələrin qanunsuz satışı, 1402-si qanunsuz əldə edilib saxlanılması, 80-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyası, 35-i isə digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 364 kiloqram 100,2 qram olan müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 336 kiloqram 151,8 qramını marixuana (24,6 faiz), 160 kiloqram 694,7 qramını tiryək (11,8 faiz), 753 kiloqram 388,1 qramını heroin (55,3 faiz), 18 kiloqram 877,6 qramını həşiş (1,4 faiz), 94 kiloqram 594,4 qramını psixotrop maddələr və digərləri (6,9 faiz) təşkil edib.

Aidiyyəti qurumlar tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə yaş kütləsi 15 ton 263 kiloqram olan 54 min 537 yabanı halda bitmiş narkotik xassəli bitkilər aşkarlanaraq müvafiq qaydada məhv edilib. Yaş kütləsi 491 kiloqram 300 qramını çətənə, 1 kiloqram 700 qramını xaş-xaş narkotik tərkibli bitkiləri narkotik xassəli çətənə və xaş-xaş bitkiləri müəyyənləşdirilərək prosessual tədbirlər görülməsi üçün istintaq orqanlarına verilib.

Hesabat dövründə cinayət məsuliyyətinə 1435 nəfər cəlb edilib. Onlardan 4 nəfər 16-18, 122 nəfər 18-25, 250 nəfər 26-29, 1059 nəfər isə 30 yaşdan yuxarıdır. Məsuliyyətə cəlb olunanlardan 42 nəfəri xarici ölkə vətəndaşıdır. Əcnəbilərdən 25-i İran, 10-u Rusiya, 6-sı Gürcüstan, 1-i isə Pakistan vətəndaşıdır.

Ümumilikdə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmış cinayət faktlarının 115-i qaçaqmalçılıq yolu ilə törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 636 kiloqram olan müxtəlif növ narkotik vasitələr çıxarılıb. Bundan əlavə, aşkarlanmış cinayət faktlarının 178-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 429,7 kiloqram narkotik vasitə və 43 kiloqram psixotrop maddə müsadirə edilib.

Eyni zamanda, qanunsuz dövriyyədən çıxarılmış 1 ton 364 kiloqram 100,2 qram narkotik vasitənin 336 kiloqramını (24,6 faiz) yüngül təsirə malik olan marixuana təşkil edib.

Təhlillər göstərir ki, bu ilin beş ayında qeydiyyata alınmış cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 325 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 54,7 kiloqram, qrup şəklində törədilmiş cinayətlərin sayı 65 fakt, əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 147 fakt, məsuliyyətə cəlb edilən şəxslərin sayı 234 nəfər artıb. Lakin məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 43 nəfər, qaçaqmalçılıq ilə bağlı qeydə alınmış cinayətlərin sayı 49 fakt azalıb.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il dekabrın 31-dək olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 min 921 nəfər narkotik istifadəçisi vardır ki, onlardan 27 min 574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641-i qadın, 249-i toksikoman, 22 min 871-i (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

Cari ilin beş ayında Respublika Narkoloji Mərkəzində 2054 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 359 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1190 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11), 13 nəfəri kannabinoidlərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları, 3 nəfəri “Sedavitlərin və yuxugətiricilərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (13), 14 nəfəri “Digər stimulyatorların (o cümlədən kofeyinli) qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (15), 465 nəfəri “Eyni zamanda bir neçə narkotik maddənin və psixotrop maddənin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (19) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub.

Hesabat dövründə Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlanılması təmin olunub və ekspertizadan cəmi 1405 nəfər keçib. Onlardan 988 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. Beş ayda mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 16 nəfərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 563 xəstə müalicə alır. Onlardan Respublika Narkoloji Mərkəzdə 155 nəfəri, 335 nəfəri QİÇS-lə Mübarizə Mərkəzindədir. Sumqayıt şəhər rayonlararası narkoloji dispanserdə isə 73 nəfər müalicə olunur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir