DÜNYA
Bu ilin birinci rübündə İstanbulu üç milyona yaxın turist ziyarət edib
İstanbul, 4 may, AZƏRTAC
Yay mövsümünün gəlişi ilə İstanbulda intensiv turist axını müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, İstanbul valiliyi şəhərə gələn xarici ölkə vətəndaşları ilə bağlı məlumat yayıb.
Məlumata əsasən, İstanbul Türkiyənin ən çox turistə ev sahibliyi edən şəhərlərdən biridir. Meqapolisi ziyarət edən əcnəbilər bu şəhərin tarixi, mədəni abidələrini ziyarət etməklə yanaşı, həm də istirahət üçün buranı seçirlər.
Keçən mart ayında dəniz və hava yolu ilə İstanbula gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 112 faiz artaraq 1 milyon 156 min 400 nəfər təşkil edib. Bu ilin birinci rübündə şəhərə gələn xarici ölkə vətəndaşlarının sayı isə 2 milyon 904 min 460 nəfərə çatıb. Onların arasında 10,09 faizlə İran, 7,97 faizlə Almaniya, 7,82 faizlə isə Rusiya vətəndaşları çoxluq təşkil ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]