DÜNYA


Bu ilin birinci yarısında Misirin “Zöhr” qaz yatağında hasilat 3,6 dəfə artıb

Qahirə, 16 avqust, AZƏRTAC

Misirin Aralıq dənizinin şelfində yerləşən ən iri “Zöhr” qaz yatağında 2019-cu ilin birinci yarısında qaz hasilatı 3,6 dəfə artıb.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu ilin birinci yarısında “Zöhr” yatağından qazın hasilatı 11,3 milyard kubmetrə qədər artıb. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə - 3,6 dəfə artım deməkdir. 2017-ci ildən başlayaraq Misirin “Zöhr” qaz yatağı İtaliyanın “Eni” (50%), Rusiyanın “Rosneft” (30%), Böyük Britaniyanın “BP” (10%), Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala Petroleum” (10%) və Misirin neft qaz şirkətlərinin iştirak etdiyi konsorsium tərəfindən işlənilir.

Hazırkı vaxtda qaz hasilatının həcmi sutkada 68 milyon kubmetr təşkil edir. Orada 11 hasilat quyusu, üç dəniz boru kəməri, idarə dəniz platforması və qazın hazırlanması üçün zavodun 8 texnoloji xətti fəaliyyət göstərir. 2019-cu ilin sonuna kimi, qaz hasılatının həcminin sutkada 76 milyon kubmetrə qədər artırılması nəzərdə tutulur.

Xatırladaq ki, 2015-ci ildə kəşf olunan “Zöhr” yatağı Aralıq dənizində ən iri qaz yatağıdır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.