DÜNYA
Budapeştin Şərq vağzalı fəaliyyətini bərpa edib
Budapeşt, 27 may, AZƏRTAC
Texniki yenidənqurma ilə bağlı olaraq, ikigünlük fasilədən sonra Macarıstan paytaxtındakı “Keleti” Şərq vağzalı uzaq məsafələrə gedən qatarların qəbulu və göndərilməsi üçün yenidən işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Dövlət Dəmir Yolu Şirkətinin (“MÁV”) baş direktoru Robert Qomoy bildirib.
Yenidənqurma işlərində bütün rels yolları təmir edilib.
Qomoyun sözlərinə görə, “MÁV” hökumətə yeraltı sərnişin mərkəzinin tikintisinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsinin restrukturizasiya olunmasını tövsiyə edib.
“Keleti” vağzalı hər gün 400-ə yaxın qatara xidmət göstərir. Bu vağzalda sərnişin dövriyyəsi ildə 12 milyon nəfərə çatır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]