MƏDƏNİYYƏT
Builki “İtalyan dili həftəsi” kino mövzusuna həsr ediləcək VİDEO
Bakı, 6 oktyabr, Flora Şükürova, AZƏRTAC
“İtalyan dili həftəsi” ölkəmizin Xarici İşlər Nazirliyi tərifindən bütün dünyada hər il oktyabr ayında italyan dilini təşviq etmək məqsədilə təşkil edilir. Builki “İtalyan dili həftəsi” kino sahəsinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari oktyabrın 6-da “Ləndmark”da italyan dili qlobal aksiyası çərçivəsində “İtalyan dili həftəsi”nə həsr olunmuş mətbuat konfransında deyib.
“Layihənin mövzusu “Kino italyan dilində” “İtalyan dili kinoda” adlanır. Builki açılış oktyabrın 16-da konsert proqramı ilə gerçəkləşəcək. Konsertdə Oskar mükafatı almış italyan filmlərindən musiqilər səslənəcək. Oktyabrın 23-dək davam edəcək layihə çərçivəsində bir sıra filmlər nümayiş ediləcək, çoxsaylı təqdimatlar, master-klaslar olacaq. Həmçinin festival çərçivəsində yeni filmlərin təqdimatı da nəzərdə tutulur”, - deyə diplomat qeyd edib.
Sonra maraq doğuran suallar cavablandırılıb.
Qeyd edək ki, “İtalyan dili həftəsi” 2001-ci ildən hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.