Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Bundestaq deputatlarının fəhmsizliyinə görə Bundesver çox peşman olub

Bundestaq deputatlarının fəhmsizliyinə görə Bundesver çox peşman olub

Berlin, 2 iyun, AZƏRTAC 

2016-cı ilin iyun ayında Bundestaq qalmaqallı qətnamə qəbul edərək 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni xalqına qarşı soyqırım” hesab edəndə deputatlar bu qətnamənin təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə necə təsir edə biləcəyi barədə düşünməmişdilər. Türkiyə hökuməti tarixi həqiqətlərə zidd olan bu biabırçı qətnaməyə cavab tədbiri kimi, Almaniya parlamentarilərinin “İncirlik” aviabazasında xidmət keçən Bundesver hərbi qulluqçularına baş çəkməyin qadağan edilməsi şəklində sanksiya tətbiq etdi. Türkiyənin “İncirlik” aviabazasının uçma-enmə zolağının uzunluğu 3048 metrdir. Vaşinqton ilə Ankara arasında əldə edilmiş xüsusi razılaşmaya uyğun olaraq, bu bazadan əsasən Amerika Hərbi Hava Qüvvələri istifadə edir. “Soyuq müharibə” illərində Sovet İttifaqı səması üzərində uçuşlar keçirən U-2 kəşfiyyat təyyarələri məhz buradan havaya qalxırdı. 1958-ci ildə Livan böhranı dövründə burada ABŞ Hərbi Hava Qüvvələrinin 150-yə yaxın döyüş təyyarəsi vardı, 2001-ci il 11 sentyabr terror aktlarından sonra isə “İncirlik” Amerika qoşunlarının Əfqanıstanda və İraqda, habelə 2015-ci ilin iyul ayından Suriyada keçirdikləri əməliyyatlarda onları təchiz etmək və dəstəkləmək üçün əsas bazaya çevrildi.

2015-ci ilin dekabr ayında Parisdə törədilmiş terror aktlarından sonra Almaniya Bundestaqı terrorçu “İslam dövləti” qruplaşmasına qarşı silahlı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulmağı qərara aldı. Bir ay sonra “İncirlik” bazasına xüsusi optik avadanlıqlarla təchiz edilmiş altı ədəd “Tornado” kəşfiyyat təyyarəsi və bir ədəd “Airbus A310 MRTT” yanacaqdoldurma təyyarəsi göndərildi. Hazırda bu aviabazada pilotlar da daxil olmaqla Bundesverin 268 hərbi qulluqçusu var. AFR Müdafiə Nazirliyinin bu bazadakı qərargahı, alman uçuş zonasının avadanlığı, təminat sistemləri və yaşayış binaları ilə bağlı xərcləri təqribən 65 milyon avro olub.

Almaniya dövlətində qəbul edilmiş qaydaya görə, deputatlar başqa ölkələrə ezam edilmiş əsgərlərə baş çəkirlər. Bundesveri “parlament ordusu” adlandırırlar, çünki hökumət sülhməramlı, hərbi xarakterli, asayişin dəstəklənməsi ilə bağlı və ya sırf humanitar missiyaları yerinə yetirmək üçün əsgərləri xaricə yalnız Bundestaqın icazəsi ilə göndərə bilər. Bu səbəbdən, deputatlar “öz əsgərləri” üçün yüksək məsuliyyət hiss edir və Vətəndən uzaqlarda xidmət çəkənlərə mütəmadi baş çəkməyi özlərinə borc hesab edirlər.

2016-cı ilin yayında Türkiyədə xaricdən inspirasiya edilmiş dövlət çevrilişi cəhdindən sonra problemlər daha da çoxaldı. Almaniyada səbəb ilə nəticəni yenə dolaşıq saldılar və residivlərin kökünü kəsməyə yönəlmiş tədbirlərə görə Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etməyə tələsdilər, eyni zamanda, AFR-də olan satqın türkiyəli hərbi qulluqçulara siyasi sığınacaq verdilər.

Nəticədə alman parlamentarilərinin “İncirlik” bazasına səfərləri bir-birinin ardınca qadağan edildi. Deputatlar hiddətləniblər. İndi onlar alman kontingentinin başqa ölkəyə dislokasiya olunmasını tələb edirlər, amma bunun beynəlxalq koalisiya üçün və bütövlükdə NATO üçün hansı nəticələrə gətirib çıxara biləcəyini yenə anlamırlar.

Lakin parlamentarilərin “öz ordusu” barədə sərəncam vermək imkanları məhduddur. Onlar “İncirlik” üçün hökumətə əvvəl verilmiş mandatı ləğv edə bilərlər, lakin bu sənədi dəyişdirməyə, məsələn həmin kontingentin Türkiyədən hər hansı başqa bir ölkəyə dislokasiya etməyə ixtiyarları yoxdur. Deputatlar həmin mandatı ləğv etmək istəmirlər, hesab edirlər ki, Bundesverin beynəlxalq antiterror koalisiyada iştirak etməsi düzgündür, bu missiyanı davam etdirmək lazımdır. Buna görə onlar AFR-in müdafiə naziri Ursula fon der Lyayendən tələb edirlər ki, o, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotların və xidmət heyətinin Türkiyənin “İncirlik” bazasından başqa bir ölkəyə dislokasiya olunması planını təsdiq üçün Bundestaqa təqdim etsin. Lakin onlar yenə məhz hansı ölkədən söhbət getdiyini fikirləşməyiblər.

Bir sözlə, Almaniya özünü çıxılmaz vəziyyətə salıb. Gördüyünüz kimi, deputatların qəbul etdiyi bir məsuliyyətsiz qətnamə ordu üçün belə mürəkkəbliklər yarada bilərmiş.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb