İQTİSADİYYAT
“Bursagaz” və “Kayserigaz”ın SOCAR-ın idarəçiliyində ilk iclasları keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) Türkiyədə yeni aldığı “Bursagaz” və “Kayserigaz”ın STEAŞ-ın idarəçiliyində ilk iclasları keçirilib.
AZƏRTAC STEAŞ-a istinadla xəbər verir ki, “Bursagaz”ın idarə heyətinin iclası “SOCAR Turkey”in ofisində keçirilib. “Kayserigaz”ın idarə heyətinin iclasında isə “SOCAR Turkey”in idarə heyətinin sədri Vaqif Əliyev, STEAŞ-ın icraçı direktoru Zaur Qəhrəmanov, “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ”nin rəhbəri Gunter Seymus və digər rəsmi şəxslər iştirak edib.
Xatırladaq ki, iyunun 17-də “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey”ə satışı tamamlanıb.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]