İQTİSADİYYAT
“Buta Airways”in bütün uçuşları “Terminal 2”dən həyata keçiriləcək
Bakı, 16 oktyabr, Elvin Camalov, AZƏRTAC
“Buta Airways” sərnişinlərə müraciət edib.
AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, oktyabrın 29-dan etibarən “Buta Airways”in bütün uçuşları “Terminal 2”, “Şimal” girişindən həyata keçiriləcək.
Məlumat verilib ki, bu tədbir reyslərin optimallaşdırılması və sərnişinlərin gediş-gəlişinin rahatlığı üçün görülür.
Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və sentyabrın 1-dən uçuşlarına start verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]