ELM VƏ TƏHSİL
CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİTSEYƏ QƏBUL İMTAHANLARI KEÇİRİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2003-cü il iyulun 6-da Bakı və Naxçıvan şəhərlərində Cəmşid Naxçıvanski adına hərbi litseyin kursantı olmaq istəyən yeniyetmələr üçün qəbul imtahanı keçirmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından müxbirimizə bildirmişlər ki, imtahanın nəticələri və qəbul olmuş yeniyetmələrin siyahısı iyulun 7-də hərbi litseydə elan olunmuşdur. Naxçıvanda keçirilmiş imtahanın nəticələri və qəbul olmuş yeniyetmələrin siyahısı Bakıdan faksla Naxçıvana göndərilmişdir. Planda nəzərdə tutulan bütün yerlər dolmuşdur. Ən yüksək nəticə Bakıda 631,875, Naxçıvanda 430,000 bal, ən aşağı nəticə isə Bakıda 193,125, Naxçıvanda 110,625 bal olmuşdur. Ən yüksək nəticəni Beyləqanın Araz qəsəbəsindəki 44 nömrəli məktəbin IX sinif şagirdi Rüstəm Bəxtiyar oğlu İsgəndərov göstərmişdir.