İDMAN
CƏNUB FUTBOL BİRİNCİLİYİNDƏ İŞTİRAK EDƏCƏK KOMANDALAR ARASINDA PÜŞK ATILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə ilk dəfə keçiriləcək futbol birinciliyində iştirak edən 1992-93-cü il təvəllüdlü yeniyetmələrdən ibarət komandalar arasında püşkatma olmuşdur.
Püşkün nəticələrinə görə, iki dövrədən ibarət yarışda “Xəzər-Lənkəran”, Lənkəran rayon UGİM, “Masallı”, “Astara”, “Cəlilabad TŞ”, Biləsuvar rayon UGİM, “Yardımlı” komandaları iştirak edəcəklər. Oyunları Cənub Regional Futbol Federasiyası tərəfindən təşkil olunmuş hakimlər briqadası idarə edəcəkdir. Yarışlara 18 oktyabr – Müstəqillik günündə start veriləcəkdir. İlk dövrənin oyunları noyabrın 6-da başa çatacaqdır.
Ölkənin cənub bölgəsində futbolun inkişafına kömək məqsədi ilə keçirilən bu yarışın gələcəkdə digər yaş qruplarında olan uşaq və gənclər arasında da təşkil olunması nəzərdə tutulur.