“ÇABA” QASIRĞASI YAPONİYADA 20-DƏN ARTIQ ADAMA XƏTƏR YETİRMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, bu yay ən güçlü “Çaba“ qasırğasının hücumundan zərərçəkənlərin sayı artmaqdadır. Son məlumatlara görə, Kaqosima prefekturasında iki nəfər itkin düşmüşdür. Onları aparan yük maşını çaya düşüb qərq olmuşdur. Küsü adasında 20 nəfərdən artıq adam yaralanmışdır.
Həmin rayonda əhalinin təcili köçürülməsi davam edir. Polisin məlumatına görə,11 prefekturada 17 min ailə müvəqqəti sığınacaqlara köçürülmüşdür.
Küsü adasında tropik siklon 276 min ailəni işıqsız qoymuşdur. Fəlakət zonasında sürət qatarlarının yola düşməsi təxirə salınmış, aviareyslər ləğv edilmişdir. Meteorologiya idarəsi küləyin rekord sürətə - saniyədə 58,6 metrə çatdığını qeydə almışdır.