İDMAN


Çempionlar Liqası: “Neftçi”-“Dinamo” (Tbilisi) oyunu başlayıb

Bakı, 14 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Dinamo” (Tbilisi) oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşdə "Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Namiq Ələsgərov, Emin Mahmudov (k), Sezar Meza Kolli, Mert Çelik, Yusuf Laval, Ömər Buludov, Sabir Buqrin və Mamadu Kane yer alıblar.

Gürcüstan təmsilçisinin heyətində isə Roin Kvasxvadze, Bakar Kardava, Milan Radin, Giorgi Qabedava, Levan Xarabadze, Giorgi Papava (k), Simon Qbeqnon, Giorgi Kutsiya, Fabian Sporkslede, Zoran Maruşiç və Saba Xvadagiani meydana çıxıblar.

Matçı moldovalı baş hakim Dumitri Muntean idarə edir.

Komandalar arasında Tbilisidəki ilk qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.

Təqribən 2 illik fasilədən sonra Azərbaycan klubunun avrokubok qarşılaşmasında azarkeşlər iştirak edirlər.

“Neftçi”-“Dinamo” oyununun biletlərinin satışından əldə olunacaq vəsait Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.