SİYASƏT
Çexiya nəşrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü barədə məqalə dərc edilib
Praqa, 1 iyun, AZƏRTAC
Çexiyanın nüfuzlu ingilisdilli “Prague Morning” nəşrində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd edir” sərlövhəli məqalə dərc edilib (https://www.praguemorning.cz/azerbaijan-marks-102nd-anniversary/).
AZƏRTAC xəbər verir ki, materialda 1918-ci il mayın 28-də Şərqdə ilk parlament üsul-idarə tipli, 114 min kvadratkilometr əraziyə malik demokratik respublikanın elan edilməsi barədə bildirilir. Məqalədə gənc respublikanın əldə etdiyi başlıca nailiyyətlərdən, demokratik dəyişikliklərdən, təhsil sahəsində islahatlardan, milli ordu quruculuğundan söhbət açılır. Materialda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti Millətlər Liqası, həmçinin dünyanın bir çox hökumətləri tərəfindən de-fakto tanınmışdı.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa