DÜNYA
Çin ABŞ-la yeni ticarət məsləhətləşmələrindən imtina edib
Bakı, 22 sentyabr, AZƏRTAC
ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etmək barədə qərarından sonra Pekin Vaşinqtonla yeni ticarət məsləhətləşmələrindən imtina edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ÇXR Dövlət Şurasının vitse-prezidenti Lü He gələn həftə nümayəndə heyəti ilə Birləşmiş Ştatlara getməyə hazırlaşsa da, sonradan səfər ləğv edilib.
Dünyanın ən böyük iki iqtisadiyyatı arasında gərginliyin azaldılmasına yönələn danışıqlara nəzarət ABŞ-ın maliyyə naziri Stiven Mnuçinə həvalə olunub.
Xatırladaq ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10 faizlik yeni rüsumlar tətbiq ediləcəyini bildirib. Qərar sentyabrın 24-dən qüvvəyə minməlidir. Yanvarın 1-dən isə tariflərin 25 faizədək artırılması nəzərdə tutulur. Pekinin cavab tədbirləri görəcəyi təqdirdə Donald Tramp rüsumların üçüncü mərhələsinin də tətbiq olunacağını istisna etmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]