DÜNYA
Çin Xalq Respublikasının Sədri 1500 il yaşı olan Yünqan mağaralarını ziyarət edib VİDEO
Pekin, 12 may, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin Şensi vilayətində 1500 il yaşı olan Yünqan mağara kompleksini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən mağaraları “bəşər sivilizasiyasının incisi” adlandıran Si Cinpin tarixi məkanın mühafizəsinin vacibliyini vurğulayıb. O, Yünqan mağaralarının ənənəvi Çin mədəniyyəti ilə yanaşı, digər ölkələrlə mədəni mübadiləni də nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Daton şəhərindəki kompleks 45-i böyük olmaqla 252 mağaradan və irili-xırdalı 51 min abidədən ibarətdir. Buddizm mağara incəsənətinin ən böyük nümunələrindən olan Yünqan kompleksi 2001-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. V-VI əsrlərə aid mağara kompleksinin ümumi sahəsi 18 min kvadratmetrdir. Çində üç iri mağara kompleksindən biri olan Yünqan həm də ölkənin populyar tarixi turizm obyektlərindəndir.
Çin lideri Şensi vilayətinə səfəri çərçivəsində fermerlərlə də görüşüb, iri sənaye müəssisələrinə baş çəkib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin