DÜNYA
Çin polisi gizli fabrikdə 700 kiloqramdan çox narkotik maddə müsadirə edib
Pekin, 6 iyun, AZƏRTAC
Çin polisi Nannin şəhəri yaxınlığındakı kənddə narkotik maddə istehsalı ilə məşğul olan gizli fabrikdə əməliyyat keçirib.
Çin İctimai Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata əsasən, quşçuluq fermasının ərazisində gizli fəaliyyət göstərən fabrikdə keçirilən əməliyyat nəticəsində 20 şübhəli şəxs saxlanılıb, 560 kiloqramdan çox metamfetamin, 140 kiloqram efedrin, habelə narkotik maddələrin hazırlanmasında istifadə olunan məmulatlar aşkar edilərək götürülüb.
Polisə həmin fabrikin fəaliyyəti barədə martda məlumat daxil olandan sonra üç ay ərzində araşdırma aparılıb. Fakt təsdiqini tapandan sonra 200 polis əməkdaşının cəlb olunduğu əməliyyatın keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Nannin polisi ilin əvvəlindən bəri narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar 263 nəfəri saxlayıb, 2,2 ton narkotik maddə müsadirə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]