Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Çində Azərbaycan şərabçılığına dair növbəti master-klass keçirilib VİDEO

Pekin, 21 dekabr, AZƏRTAC

Azərbaycan şərablarının Çində daha çox tanıdılmasına və ixracının genişləndirilməsinə dəstək məqsədilə Pekində Azərbaycan şərabçılığına dair növbəti master-klass keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin təşkilatçılığı, Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzinin, Azərbaycan məhsullarının Çinə ixracı ilə məşğul olan Çin xarici iqtisadi əməkdaşlıq şirkətinin dəstəyi ilə baş tutan master-klassda Çinin tanınmış şərab ekspertləri, idxalçılar və şərab şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında olan səmimi dialoqun ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari istiqamətdə də genişlənməsinə böyük imkanlar yaratdığını deyib. Bildirib ki, Çinin irəli sürdüyü və Azərbaycanın da dəstəklədiyi “Bir kəmər, bir yol” təşəbbüsü də ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün səmərəli platforma yaradıb.

Azərbaycanda şərabçılığın tarixi və müasir inkişafı barədə danışan Ə.Zeynallı deyib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkədə şərabçılığın inkişafına güclü təkan verib.

Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun professoru Huan Yüton təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından söz açıb, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə imzalanmış sənədə əsasən yaradılan Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzinin “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərabların Çində tanıdılması ilə məşğul olduğunu deyib. Bildirib ki, bu cür tədbirlər böyük şərabçılıq tarixinə və ənənələrinə malik olan Azərbaycan məhsulları haqqında Çin alıcılarının məlumatlandırılmasına töhfə verir.

Çin xarici iqtisadi əməkdaşlıq şirkətinin baş menecerinin müavini Van Doncian Azərbaycan məhsullarının Çin bazarında təşviqinin vəziyyəti və planlaşdırılması mövzusunda təqdimatla çıxış edib. O, təmsil etdiyi şirkətin Azərbaycanın qida məhsullarının Çində böyük satış perspektivləri olduğunu düşünərək bu məhsulların Çinə ixracına başladıqlarını deyib. V.Doncian dadı və keyfiyyəti ilə rəqiblərindən geri qalmayan Azərbaycanın qida məhsullarının, o cümlədən şərablarının dünyanın ən böyük istehlak bazarı olan Çində çox sürətlə populyarlaşdığını bildirib.

Şərab Ustaları İnstitutun (Institute of Masters of Wine) dünya miqyasında yalnız 405 xüsusi lisenziyalı məşhur şərab somelyelərindən biri, eyni zamanda, bu lisenziyaya sahib olan və hazırda Çində yaşayan 5 somelyedən biri olan britaniyalı Kassidi Dart təqdimatla çıxış edərək Azərbaycan şərabçılığının tarixi, inkişafı və potensialı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərindən biri olub, qədim üzümçülük və şərabçılıq diyarıdır. Azərbaycanda üzümün becərilməsinin və şərabçılıq ənənələrinin qədimliyini arxeoloji qazıntılar zamanı tapılmış çoxsaylı artefaktlar və tarixi mənbələr də sübut edir.

Azərbaycanda təkcə üzümdən deyil, digər meyvələrdən, hətta nardan şərab hazırlandığını bildirən Kassidi Dart, bir neçə gün əvvəl Azərbaycanın “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Britaniyalı ekspert Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs edib, şərablarımızın beynəlxalq normalara cavab verdiyini bildirib.

Sonra şərab ekspertinin təqdimatında Azərbaycan şərablarının dequstasiyası keçirilib. Tədbir iştirakçılarına müxtəlif şərab növləri təqdim edilib və onların fikirləri öyrənilib.

Qeyd edək ki, bu, Azərbaycan şərabçılığı haqqında Çində 4-cü, pandemiya dövründə isə ikinci master-klassdır.

Son zamanlar Azərbaycan şərabları dünyada, o cümlədən Çində keçirilən nüfuzlu sərgi və festivallarda iştirak edib, müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb. Çinin tanınmış marketlər şəbəkələri və elektron ticarət platformalarında Azərbaycan şərablarının satışı həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzinin yaratdığı internet səhifəsində və Çinin məşhur "WeChat" platformasındakı səhifədə mütəmadi olaraq Azərbaycan mədəniyyəti, şərabçılıq ənənələri və tarixi, şərab sahəsində olan yeniliklər barədə Çin dilində məlumatlar yerləşdirilir. Son illər Çində Azərbaycanın bir neçə ticarət və şərab evi fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Çinin bəzi şəhərlərində yeni ticarət və şərab evinin açılması nəzərdə tutulub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

Çində Azərbaycan şərabçılığına dair növbəti master-klass keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub