DÜNYA


Çində aprelin 4-ü ümumxalq hüzn günü elan edildi

Bakı, 3 aprel, AZƏRTAC

Çin Xalq Respublikasının Dövlət Şurası yeni növ koronavirus pandemiyasının qurbanları və onları xilas edərkən həyatını qurban vermiş həkimlərin xatirəsi ilə bağlı aprelin 4-nün ölkədə ümumxalq hüzn günü elan olunması barədə qərar qəbul edib. Bu barədə Çinin Mərkəzi Televiziyası bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki,

qərara əsasən, şənbə günü ölkədə, xarici diplomatik missiyalar ərazisində bütün bayraqlar endiriləcək. Bütün əyləncə tədbirləri ləğv olunub. Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 06:00-da) ölənlərin xatirəsi üç dəqiqəlik sükutla yad olunacaq.

Rəsmi statistikaya görə, 2019-cu ilin dekabrından Çin Xalq Respublikasının materik hissəsində koronavirusa yoluxanların sayı 81,5 mindən çox təşkil edib, ölkədə 3,3 mindən çox insan ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.