DÜNYA
Çində əczaçılıq şirkəti 1,32 milyard dollar cərimələnib
Pekin, 16 oktyabr, AZƏRTAC
Çinin Dövlət Dərman Administrasiyası və Cilin vilayətinin Ərzaq və Dərman Administrasiyası “Changchun Changsheng Bio-tech Co” şirkətini ümumilikdə 9,1 milyard yuan (1,32 milyard ABŞ dolları) məbləğində cərimələyiblər.
AZƏRTAC xəbər verir ki, buna səbəb əczaçılıq şirkətinin istehsal etdiyi vaksinlər haqqında saxta məlumatlar təqdim etməsi və keyfiyyətsiz vaksinlər buraxmasıdır.
Maliyyə cəriməsindən başqa, yuxarıda göstərilən qeyri-qanuni fəaliyyətə birbaşa cavabdeh olan 14 əməkdaşa dərman istehsalı sahəsində işləmək qadağan edilib. Həmin şəxslər barədə cinayət işi başlayıb.
Qeyd edək ki, “Changchun Changsheng Bio-tech Co” şirkətinin istehsal etdiyi saxta və keyfiyyətsiz vaksinlərlə bağlı qalmaqal cari ilin iyulunda baş vermişdi. Sosial şəbəkə istifadəçiləri hökumətdən şirkətin və onun cavabdeh şəxslərinin ən ağır qaydada cəzalandırılmasını istəyirdilər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]