DÜNYA
Çində keçmiş məmur külli miqdarda rüşvət almaqda ittiham olunur
Pekin, 1 noyabr, AZƏRTAC
Çinin Şandun vilayətinin keçmiş vitse-qubernatoru Ci Siançi 22,71 milyon yuan (3,7 milyon ABŞ dolları) dəyərində rüşvət almaqda ittiham olunur.
AZƏRTAC xəbər verir ki, Cincun şəhər məhkəməsində keçmiş məmurun haqqında qaldırılmış cinayət işinə dair iclas keçirilib. Prokurorun ittiham aktında qeyd olunur ki, Ci Siançi 2003-2017-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən pul və bahalı hədiyyələr müqabilində bir neçə sahibkara imtiyazlı şərtlərlə tenderlər verib. Bundan başqa, keçmiş məmur dövlət qurumlarına aid olan 1,76 milyon dollar dəyərində incəsənət əsərlərini qeyri-qanuni yolla mənimsəməkdə ittiham olunur.
Ci Siançi məhkəmədə son bəyanatında özünü təqsirkar hesab etdiyini və peşman olduğunu deyib. Məhkəmə qərarını bir müddət sonra elan edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]