DÜNYA
Çində qızıl mədənindəki yanğın nəticəsində ölən və itkin düşənlər var
Pekin, 17 fevral, AZƏRTAC
Çinin Şandon vilayətindəki qızıl mədənində baş verən yanğın nəticəsində ən azı 2 nəfər ölüb, 4 nəfər itkin düşüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, yanğın səhər saatlarında Caoyüen şəhərinin ərazisindəki mədəndə avadanlığın təmiri zamanı baş verib. Hadisə nəticəsində dağıntı altında qalan səkkiz nəfərdən dördünü sağ çıxarmaq mümkün olub. Hazırda digərlərinin axtarışları davam edir.
Qeyd edək ki, bu, cari ildə Şandon vilayətindəki qızıl mədənlərində ölümlə nəticələnən ikinci hadisədir. Yanvarın 10-da Çişia şəhəri ərazisində baş verilmiş qəza nəticəsində 22 şaxtaçı ilə əlaqə kəsilmişdi. İki həftəlik axtarışlardan sonra 11 şaxtaçını bir neçə yüz metr dərinlikdən çıxarmaq mümkün olub. Bundan bir neçə gün sonra isə 10 şaxtaçının meyiti tapılıb, bir nəfər isə hələ də itkin hesab olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]